Paşinyan son vaxtlar özünü cilovlaya bilmir: Əsəbdən titrəyir - VİDEO

Paşinyan son vaxtlar özünü cilovlaya bilmir: Əsəbdən titrəyir - VİDEO

Hazırda oxunan: Paşinyan son vaxtlar özünü cilovlaya bilmir: Əsəbdən titrəyir - VİDEO

248323

Ermənistan baş naziri Nikol Paşinyan son günlərdə öz emosiyalarına nəzarət etməkdə çətinlik çəkir. Daxili və xarici təzyiqlərin fonunda Paşinyanın yenidən əsəb sarsıntıları keçirdiyi və açıq şəkildə titrəməyə başladığı müşahidə olunub. Onun ictimai çıxışları zamanı qeyri-sabit davranışları, səsini yüksəltməsi və əsəb gərginliyindən əllərinin titrəməsi diqqətdən yayınmır.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər ermənilərə məxsus Telegram kanallarında yer alıb.

Müşahidəçilər hesab edirlər ki, Paşinyanın bu halı təkcə fiziki yorğunluqla deyil, həm də siyasi təcrid, daxili narazılıq və bölgədə baş verən geosiyasi proseslərin qarşısında aciz qalması ilə bağlıdır.

Onun parlamentində çıxışları zamanı davranışları da yenidən diqqət mərkəzinə düşüb. Siyasi gərginlik fonunda nəzarətdən çıxan emosiyalar, çaşqın ifadələr və məntiqsiz arqumentlərlə dolu çıxış sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub:
 

"Bu elə bil elmi-fantastik filmdir: müxalifətçi növbə ilə söz alır və deyir: insanlar... onlar büdcəni doldururlar. Bəs bunları hara qoyaq? Öz cibimizə? Dəli olmaq olar! Görünür, elə onlar kimi, biz də gərək cibimizi dolduraydıq ki, hər şey yaxşı olsun. Bəli, biz büdcəni doldururuq, doldurmuşuq və dolduracağıq!".


Əslində isə bu qarışıq cümlələrdə o, nə demək istədiyini ya özü bilmir, ya da onu dinləyənlər. Müxalifət bu çıxışı baş nazirin siyasi və psixoloji çatışmazlığının növbəti sübutu kimi qiymətləndirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO