Selin dağıtdığı körpü bərpa olunur – FOTO

Selin dağıtdığı körpü bərpa olunur – FOTO

Hazırda oxunan: Selin dağıtdığı körpü bərpa olunur – FOTO

246677

Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada daha bir körpü ÇÖKDÜ – Avtomobil yolu BAĞLANDI - VİDEO


Belə ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik və 4 aşırımdan ibarət körpünün dayaqları sel suları nəticəsində yuyulmuşdu.

Qısa müddət ərzində körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.

Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edirlər.

Qeyd edək ki, Quba-Qonaqkənd-Muçu yolunun 7-ci km-də yerləşən rayonun 2-ci Nügədi kəndindən keçən körpünün qəzalı vəziyyətdə olması məsələsini Bizim.Media qaldırmışdı. Məsələ bir neçə dəfə ictimailəşəndən sora aidiyyəti qurumlar əraziyə cəlb olunaraq, qəzalı körüpünün yenidən bərpa olunacağı qənaətinə gəliblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO