Taksi istifadəçilərinin DİQQƏTİNƏ - Qiymətlər yenə artır?

Taksi istifadəçilərinin DİQQƏTİNƏ - Qiymətlər yenə artır?

Hazırda oxunan: Taksi istifadəçilərinin DİQQƏTİNƏ - Qiymətlər yenə artır?

246529

Dövlət İmtahan Mərkəzi tərəfindən 24 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

Keçirilən imtahan zamanı 200-ə yaxın taksi sürücüsü uğursuz nəticə əldə edərək imtahandan kəsilib.
 

MÖVZU İLƏ BAĞLI:

Taksi sürücülərinin NƏZƏRİNƏ! Aprelin 24-də...


Bu vəziyyət sürücü sayının azalmasına və qiymətlərə təsir edə bilərmi?

Nəqliyyat eksperti Aslan Əsədov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bidirib ki, sürücülərin  imtahandan kəsilməsi ağır nəticələrə gətirib çıxarmayacaq:

“Əslində bu hal sürücü məsuliyyətini daha da artıracaq. Hərçənd ki, insanlar taksidən istifadə qaydalarına bayağı yanaşırdılar.  Onları nəzarətsiz bir qurum kimi səciyyələndirirdilər. Amma artıq doğrudan da taksi fəaliyyəti üçün ciddi bir nəzarət mexanizimləri var. Bunlar da öz növbəsində vətəndaşların məmnunluğunu yaratması üçün ciddi bir arqumentdir.

O ki, qaldı vəziyyətdən sui istifadə edib qiymət artımının olmasına, bu digər zamanlarda da mövcud idi. Yəni sürücülər çox zaman gedişata uyğun olaraq qiymət artımı yaradırlar və bu faktolar qaçılmazdır. Mən düşünmürəm ki, bu prosses daimi olacaq, mərhələ-mərhələ bu kimi halların qarşısı alınacaq”, - deyə ekspert əlavə edib.

Aslan əsədov onu da vurğulayıb ki, son islahatlar uğurlu nəticəyə gətirib çıxaracaq.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO