Ötən gün Bakının Böyükşor bulvarında təhlükəli hadisə baş verib. Güclü külək hava ilə doldurulmuş uşaq attraksionunu yerindən qoparıb yola atıb.
Bizim.Media xəbər verir ki, Böyükşor bulvarındakı attraksionun sahibi Mehman İsmayılov hadisənin səbəbi və təfərrüatı ilə bağlı oxu.az-a açıqlamasında vurğulayıb ki, hadisə zamanı ərazidə heç bir uşaq olmayıb və xoşbəxtlikdən xəsarət qeydə alınmayıb.
"Bəli, belə bir hadisə baş verib. Xəsarət alan olmayıb. Külək qəfil sürətləndiyi üçün batutun boşaldılmasına vaxt çatmadı. Çünki batutun boşalması üçün ən azı yarım saat vaxt tələb olunur.
Təbii ki, təhlükəsizlik üçün batut bir neçə hissədən yerə bərkidilib. Lakin külək qəfil gücləndiyi üçün bağları qoparıb və nəticədə belə bir hal yaşanıb. Bu, fövqəladə hal idi", - deyə M.İsmayılov bildirib.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
15:37 / 28.04.2025
Böyükşor bulvarında attraksionun uçmasına AYDINLIQ GƏTİRİLDİ - VİDEO
Hazırda oxunan: Böyükşor bulvarında attraksionun uçmasına AYDINLIQ GƏTİRİLDİ - VİDEO
Hazırda oxunan: Böyükşor bulvarında attraksionun uçmasına AYDINLIQ GƏTİRİLDİ - VİDEO
246511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.