Qızılın qiymətində tarixi DÖNÜŞ – Pulumuzu HARA YATIRAQ?

Qızılın qiymətində tarixi DÖNÜŞ – Pulumuzu HARA YATIRAQ?

Hazırda oxunan: Qızılın qiymətində tarixi DÖNÜŞ – Pulumuzu HARA YATIRAQ?

246031

Xəbər verdiyimiz kimi Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 40 dollar artaraq 3 334,1 dollar təşkil edib.

Qızılın qiymətinin tarixi rekord səviyyəsində bahalaşması hər kəsdə belə bir sual yaradır.

Artıq vəsaitimizi qızılamı yönəldək?
 

MÖVZU İLƏ BAĞLI:

Qızıl bahalaşmağa DAVAM EDİR


Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qızılın bahalaşmasının əsas səbəbi dünyanın iqtisadi mənzərəsinin aydın olmamasıdır:

“Tarif müharibələri, iqtisadi daralmalar təhlükəsi hələ də qalır. Belə vəziyyətdə isə investorlar güvənli yatırım kimi qızıla üz tuturlar. İnvestorların bu marağı təbii ki, qızılın qiymətini fantastik dərəcədə bahalaşdırır. Qiymət tarixi maksimumlardadır. Qiymət bir müddət də arta bilər. Amma  biz bunu zaman-zaman görmüşük ki, qızıl elə bir aktivdir ki, qiyməti kəskin yüksəldiyi kimi geri çəkilmələr də olur.

Əgər yaxın zamanlar tarif müharibələri dayansa, iqtisadiyyatlar böyüsə o zaman investorlar yenə də qiymətli kağızlara, real sektora maraq göstərəcəklər və o zaman qızıldan vəsaitlərini çıxardacaqlar.


Yəni bir müddətdən sonra qızılın qiymətinin ucuzlaşma ehtimalı var. Hələliksə qızıl bahalaşmaqda davam edir və yaxın bir-iki ayda qiymətlərin bahalaçacağı gözləniləndir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO