"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Çelsi" türk vingeri transfer etmək istəyir. Bu barədə "Foot Mercato" məlumat yayıb.
London klubu artıq Kenan üçün "Yuventus"a müraciət edib. "Çelsi" həmçinin, 19 yaşlı futbolçunun özü ilə də danışıqlara başlayıb.
Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı 2022-ci ilin yayında "Bavariya"nın gənclər komandasından transfer edib. Türkiyə millisinin üzvü olan gənc oyunçu bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
23:20 / 23.04.2025
“Çelsi” türk futbolçu üçün danışıqlara BAŞLADI
Hazırda oxunan: “Çelsi” türk futbolçu üçün danışıqlara BAŞLADI
Hazırda oxunan: “Çelsi” türk futbolçu üçün danışıqlara BAŞLADI
245758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.