“Ukrayna hakimiyyəti müharibənin dayandırılması məsələsində Trampa bəzi güzəştlər etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
“Ukrayna rəsmiləri Tramp və komandasının irəli sürdüyü bəzi ideyalara güzəştə getməyə hazır olduqlarını bildiriblər”, - nəşr yazır.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Kiyev ABŞ-ın danışıqlardan çıxacağı təqdirdə Ukrayna hökumətini buna görə günahlandırmasını istəmir və bu səbəbdən də Trampın bəzi ideyalarını qəbul etməyə razıdır.
Lakin mənbə hansı güzəştlərdən danışdıqlarını dəqiqləşdirməyib.
Bizim.Media