“Sənətkarlar var ki, kart göndərib ondan-bundan pul istəyirlər”

“Sənətkarlar var ki, kart göndərib ondan-bundan pul istəyirlər”

Hazırda oxunan: “Sənətkarlar var ki, kart göndərib ondan-bundan pul istəyirlər”

245565

Müğənni Manaf Ağayev qalmaqallı açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, Manaf “Tarixin bir günü” proqramında bəstəkar mahnısı ifa etməməsindən danışıb:

“İstəmirəm ki, kimlərinsə adını çəkim. Amma sənətkarlar tanıyıram ki, ona-buna kartını göndərir, deyir “pul at”. O sənətlə acından ölürəmsə, nə edim onu? 4 nəfərin adını çəkərəm. Bizdə tələbat yoxdur.

Bəstəkar mahnısı oxuyum, acından ölüm?
 

Böyük çıxsa da deyəcəyəm. Cəmiyyətdə hörmətim, adım-sanım var, sayılıb-seçilirəm, övladlarımın hamısını yerbəyer etmişəm, təhsil alıblar, hamısına ev almışam. Bunlar oxuduğum mahnılara görə olub ki, Xalq tərəfindən sevilir.


Bəstəkar mahnısı konsertdə olar, toyxanada yox. Mənə indiyə qədər toyda deməyiblər ki, bəstəkar mahnısı oxu. Toya işləməyən adamlar sənətdən danışırlar”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO