Birinci sinfə qəbulla bağlı tətbiq olunan yenilik valideynlərin narazılığına SƏBƏB OLDU

Birinci sinfə qəbulla bağlı tətbiq olunan yenilik valideynlərin narazılığına SƏBƏB OLDU

Hazırda oxunan: Birinci sinfə qəbulla bağlı tətbiq olunan yenilik valideynlərin narazılığına SƏBƏB OLDU

244757

Birinci sinfə qəbulla bağlı tətbiq olunan yenilik ilə bağlı video təlimatın olmaması valideynlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, Oxu.Az-a müraciət edən valideynlər bildiriblər ki, birinci sinfə qəbul prosesində tətbiq ediləcək yeniliklə bağlı izahlı videotəlimatın təqdim olunmaması onlarda narahatlıq yaradıb.
 

Onların sözlərinə görə, bəzi valideyn və müəllimlər bu barədə məlumatlı olsa da, əksəriyyət yenilikdən xəbərsizdir.


Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, tətbiq ediləcək yenilik barədə videotəlimatın yaxın həftə ictimaiyyətə təqdim olunması planlaşdırılır.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində yenilik tətbiq ediləcək. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları, həmçinin ölkə ərazisində müvəqqəti və ya daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşları şəxsi kabinetə giriş üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan Vahid Giriş Sistemi ("Digital Login") vasitəsilə daxil olacaqlar.

Xatırladaq ki, uşaqların birinci sinfə qəbulu prosesinə 1 may 2025-ci il saat 11:00-dan etibarən start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO