Şimal bölgəsi əsl qış havası yaşayır. Bu gecə də bölgədə qarlı, şaxtalı, yağışlı hava şəraiti hökm sürüb.
Qubanın Qrız və Xınalıq kəndlərinə maksimum qar yağıb.
Qubadakı Regional Şimal-Şərq Hidrometerologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Xınalıqda -2,4 dərəcə şaxta qeydə alınıb. Qrızda isə 30 sm qar müşahidə edilib.
Yerli sakinlərin sözlərinə görə, Xınalığa 40 sm-dən çox qar yağıb.
Hazırda yağıntı davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu