Bakıya uçuşların qiyməti kəskin artdı

Bakıya uçuşların qiyməti kəskin artdı

Hazırda oxunan: Bakıya uçuşların qiyməti kəskin artdı

24424

Türkiyədən Azərbaycana iyunun 16 və 20-nə olan aviabiletlərinin qiyməti artıb. 

Bizim.Media xəbər verir ki, bunu səbəb səyahət portalının eksperti Tuğba Hacıbayramoğlu "NTV Spor"a açıqlamasında deyib.

Bildirib ki, Türkiyə millisinin Uels və İsveçrə ilə oyunlarının olacağı tarixlər üçün (16 - 20 iyun) aviabilet axtarışlarında 5 qat, qiymətlərdə isə 130 faizlik artım olub. 

Onun sözlərinə görə, iyun ayı üçün bir biletin orta qiyməti 850 TL nəzərdə tutulmuşdusa, hazırda rəqəm 2 098 TL-yə çatıb.

Qeyd edək ki, Avropa çempionatı bu gün Romadakı "Olimpiko" stadionunda keçiriləcək İtaliya - Türkiyə matçı ilə başlayacaq. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO