“Ordu” play-off mərhələsinə vəsiqə qazandı - FOTO

“Ordu” play-off mərhələsinə vəsiqə qazandı - FOTO

Hazırda oxunan: “Ordu” play-off mərhələsinə vəsiqə qazandı - FOTO

244171

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında növbəti oyunlar keçirilib.

Bizim.Media xəbər verir ki, pley-in mərhələsinin ikinci matçları davam edib. “Ordu” "Quba" üzərində 2-ci qələbəsi ilə pley-offa yüksəlib.

“Sərhədçi” və “Abşeron” ikinci qələbə ilə seriyanı bitirmək üçün meydana çıxsa da, bu vəzifənin öhdəsindən gələ bilməyiblər. İlk matçda uduzan NTD və “Sumqayıt” revanş alaraq, mübarizəni 3-cü qarşılaşmaya daşımağı bacarıblar.

Qeyd edək ki, digər cütdə “Lənkəran”a 2 dəfə qalib gələn “Gəncə” pley-offa yüksəlib.

Azərbaycan Basketbol Liqası

Pley-in, ikinci oyunlar

14 aprel

14:00. “Quba” – “Ordu” - 88:92 (20:28, 19:22, 21:28, 28:14)

Quba OİK

Seriyada hesab – 0:2

18:00. NTD – “Abşeron” - 67:63 (20:15, 22:21, 8:16, 17:11)


“Sərhədçi” İM

Seriyada hesab – 1:1

21:00. “Sərhədçi” – “Sumqayıt” - 97:100 (23:32, 18:22, 27:19, 29:27)

“Sərhədçi” İM

Seriyada hesab – 1:1









Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO