Bu il 13 kişi məişət zorakılığına MƏRUZ QALIB

Bu il 13 kişi məişət zorakılığına MƏRUZ QALIB

Hazırda oxunan: Bu il 13 kişi məişət zorakılığına MƏRUZ QALIB

243710

2025-ci ilin 3 ayı ərzində məişət zorakılığına məruz qalanların 117-i qadın, 13-ü kişi, 93-ü uşaq (49- oğlan, 44 qız) olub.

Bizim.Media xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
 

Bildirilib ki, Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2025-ci ilin 3 ayı ərzində 117 müraciət daxil olub.



AQUPDK-nə daxil olan müraciətlərə əsasən, 2025-ci ilin 3 ayı ərzində məişət zorakılığına məruz qalanların 117-i qadın, 13-ü kişi, 93-ü uşaqdır (49- oğlan, 44 qız) .

"Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2025-ci ilin 3 ayı ərzində daxil olan müraciətlərə əsasən, ən çox müraciət, Bakı rayonları üzrə Sabunçu-13, Abşeron-Xızı üzrə Abşeron-11, Gəncə-Daşkəsən üzrə Gəncə şəhərindən- 8 olub.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı hər il təqribən 600-ə yaxın müraciət daxil olur. Daxil olan hər bir müraciət nəzarətə götürülür, zərər çəkmiş şəxslərə dəstək məqsədi ilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir",- deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO