Şagirdlərə pulsuz yemək VERİLSİN – Deputatdan TƏKLİF

Şagirdlərə pulsuz yemək VERİLSİN – Deputatdan TƏKLİF

Hazırda oxunan: Şagirdlərə pulsuz yemək VERİLSİN – Deputatdan TƏKLİF

243424

Orta  məktəblərdə şagirdlərə yemək verilməsi məsələsi bir neçə dəfə müzakirə edilib.  Elə ötən il  Milli Məclisin plenar iclaslarından birində deputat Naqif Mirzəyev də bu mövzuyla bağlı təklif irəli sürmüşdü. Həmin vaxt millət vəkili məktəbəqədər hazırlıq siniflərində təhsilə cəlb edilən uşaqlar üçün də yemək verilməsini, bunun pilot layihə olaraq Gəncədən başlanmasını təklif etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsilə ayrılan xərclərin artırılması ilə bağlı AÇIQLAMA


Ancaq məsələ bir neçə dəfə gündəmə gətirilsə də, belə bir addım həyata keçirilməyib.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Naqif Mirzəyev növbəti dəfə mövzuya münasibət bildirib.

“Mən təklif etdim ki, ilkin olaraq məktəbəqədər hazırlıq siniflərində şagirdlərimizin qidayla təmin edilməsi həyata keçirilsə, çox yaxşı olar. Sonrakı dönəmdə isə ən azı ibtidai siniflərə yemək verilməsi məqsədəuyğundur”.

Millət vəkili məsələnin digər tərəflərindən də danışıb.

“Düzdür, bu böyük maliyyə tutumli layihədir. Ancaq istənilən halda biz şagirdlərimizin məhz ibtidai sinifdə bir dəfə qidayla təmin olunmasını həyata keçirsək, uşaqların lazımi vitaminləri kiçik yaşlarında qəbul etmələrini təmin edərik. Bu da nəticədə uşaqların boylarının artımına müsbət təsir göstərər, sağlamlıqlarına əsas yaradar. Bu baxımdan gələcəkdə şagirdlərimizin qidayla təmin olunması həyata keçirilsə, çox şad olarıq”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO