İranla sərhəddə gömrükçülərimizi aldatmaq istədilər - FOTO

İranla sərhəddə gömrükçülərimizi aldatmaq istədilər - FOTO

Hazırda oxunan: İranla sərhəddə gömrükçülərimizi aldatmaq istədilər - FOTO

24267

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Qazaxıstana "tekstil" yükü aparan "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanııb və sürücü şifahi sorğu-sual olunub.

Bu barədə Bizim.Media-ya DGK-dan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan gömrükçüləri külli miqdarda brilliant qaşlar müsadirə etdi - VİDEO


Məlumata görə, sorğu-sual zamanı sürücü üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı isə onun üzərindəki gödəkçənin içəri cibindən kağız dəsmalda, şüşə boru və selofan kəsiyinə bükülmüş halda, xalis çəkisi 0,675 qram təşkil edən psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO