İllərdir susuz qalan Şəhidlər bulağına su gəldi - VİDEO

İllərdir susuz qalan Şəhidlər bulağına su gəldi - VİDEO

Hazırda oxunan: İllərdir susuz qalan Şəhidlər bulağına su gəldi - VİDEO

24226

Şəkidə 20 yanvar şəhidlərinin xatirəsinə salınmış Şəhidlər bulağına su gəlməməsi xəbərini vermişdik. Hətta Mirzə Fətəli Axundov küçəsiylə İsmayıl bəy Nakam küçəsinin kəsişməsində yerləşən bulağın kranlarının olmadığını belə qeyd etmişdik. 

Bizim.Media saytı məsələni gündəmə gətirəndən və ictimailəşdirəndən sonra Şəhidlər bulağı həm kranlarla, həm də su ilə təmin edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəkinin Şəhidlər bulağına su niyə gəlmir? – “Azərsu”dan AÇIQLAMA


Bu barədə Bizim.Media-ya “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı videogörüntü ünvanlayıb. 

Qeyd edək ki, “Azərsu” ASC və yerli icra hakimiyyəti birgə Şəhidlər bulağına sayğac quraşdırılması və su ilə təminatı işlərini həyata keçiriblər. 

Alçina Amilqızı, Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO