Hamı bu məktəblidən danışır - VİDEO

Hamı bu məktəblidən danışır - VİDEO

Hazırda oxunan: Hamı bu məktəblidən danışır - VİDEO

241609

Naxçıvana gələn almaniyalı turistin 12 yaşlı Nübar Tağıyeva tərəfindən ingilis dilində məlumatlandırılması son günlər sosial şəbəkələrdə maraqla paylaşılır.

Bizim.Media -nın Xezerxeber.az-a istinadla məlumatına görə, videoda məktəbli qız turistə Naxçıvanın rəmzi sayılan İlandağ (Haçadağ) haqqında geniş məlumat verir.

Nübar deyir ki, almaniyalı turisti məlumatlandırması gələn qonağın da marağına səbəb olub.

Nübar ingilis dilini Naxçıvan Dövlət Universitetinin nəznində fəaliyyət göstərən beynəlxalq Məktəbdə öyrənir və gələcək üçün böyük məqsədləri var.

Nübarın kiçik bacısı da ingilis dilini yaxşı şəkildə öyrənib. Ən böyük dəstəkçiləri isə anaları Səhnə Tağıyevadır.

Qeyd edək ki, Nübarın ingilis dilində sərbəst danışması, turistə böyük həvəslə cavab verməsi sosial şəbəkələrdə izləyicilər tərəfindən də böyük maraqla qarşılanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO