“Paşinyanın təklifi”ni KİM HAZIRLAYIB? - Hərbi-siyasi DETALLAR – ÖZƏL

“Paşinyanın təklifi”ni KİM HAZIRLAYIB? - Hərbi-siyasi DETALLAR – ÖZƏL

Hazırda oxunan: “Paşinyanın təklifi”ni KİM HAZIRLAYIB? - Hərbi-siyasi DETALLAR – ÖZƏL

24160

Nikol Paşinyan Azərbaycana daha bir absurd təkliflə çıxış edib. Onun təklifində həm Ermənistan, həm də Azərbaycanın sərhəd zonadan qoşunları geri çəkməsi və həmin ərazilərə də rus sülhməramlılarının yerləşdirməsi əks olunub.

Yəni, bu təklifə Bakıdan “hə” cavabı gəlsə, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətində Dövlət Sərhəd Xidmətini rus sülhməramlıları əvəzləyə bilər. 

Bizim.Media sərsəm bəyanatları ilə hər zaman gülüş mərkəzində olan Nikolun absurd təklifinin hərbi tərəflərindən agah olmaq üçün ekspert Ədalət Verdiyevlə əlaqə saxladı. Hərbi ekspertin fikrincə, Azərbaycan azad etdiyi ərazilər, o cümlədən Ermənistanla sərhəddən qoşunlarını geri çəkmək təklifinə heç bir halda razı ola bilməz:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan TAPŞIRIQ: “Oğlumun əsirlərlə dəyişdirilməsi təklifini rəsmiləşdirin”


“Çünki biz həmin Ermənistandan 30 il ərzində işğal etdiyi ərazilərimizdən çəkilməsini tələb etmişik. Bunu BMT qətnamələri və digər beynəlxalq qurumlar da Ermənistandan tələb edirdi. 30 il ərzində bir addım geri çəkilməyən, əksinə Azərbaycanla bufer zona yaratmaq istəyən Ermənistan nədənsə bu gün Azərbaycana silah gücü ilə azad etdiyi ərazilərdən geri çəkilməyi təklif edir.

Bu heç bir halda mümkün olan bir şey deyil. Seçkiqabağı daxili auditoriyaya hesablanmış bəyanatdır. Paşinyan bu bəyanatın altını heç nə ilə doldura da bilməz. Nə əvvəlki, nə də son həftələrdə baş verən diversiya fəaliyyətləri ilə bu təklifin altını doldurmaq olmur. 

Yaxşı olardı ki, Ermənistan tərəfi Azərbaycan və Rusiya ilə birlikdə daha öncə Zəngilan-Qubadlı istiqamətində başlanan sərhədlərin delimitasiya və demarkasiya proseslərinin sürətlənməsinə təkan verəcək addımlar atsın. Yerləşdiyimiz ərazilərdən bizim bir addım geri atmaq niyyətimiz yoxdur və olmayacaq”.
 

Hərbi ekspertin fikirlərindən başqa onu da demək lazımdır ki, Paşinyanın sözügedən bəyanatı 44 günlük savaş zamanı Nikolun Moskvaya imdad zənglərinə bənzəyir. Yəni, burada söhbət rus sülhməramlılarına “stavka” metodu ilə Koçaryan kimi Kreml namizədləri üçün nəzərdə tutulan səslərin Paşinyanın səsvermə qutusuna atılmasıdır.


Əslində isə doğum günündə Makronla Paris qucaqlaşmaları yaşayan Paşinyana Putinli Rusiya lazım deyil. Elə Moskvanın da narahatçılığı odur ki, seçkilərdə Nikol qalib gələrsə, sülhməramlı bir yana, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxa, Rusiya ilə sərhəd təhlükəsizliyi müqavilələrinə də xitam verə bilər. 

Anar Rəhimiov, Bizim.Media 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO