Bu qız hər kəsi TƏƏCCÜBLƏNDİRİR: At kimi yeriyir, at kimi qaçır... – FOTO/VİDEO

Bu qız hər kəsi TƏƏCCÜBLƏNDİRİR: At kimi yeriyir, at kimi qaçır... – FOTO/VİDEO

Hazırda oxunan: Bu qız hər kəsi TƏƏCCÜBLƏNDİRİR: At kimi yeriyir, at kimi qaçır... – FOTO/VİDEO

241288

Onun ən böyük arzusu gözəl bir atla geniş ərazilərdə yarışmaqdır. Qayaların, əngəllərin və kiçik yarıqların üstündən tullanaraq adrialin yaşayan bu qız görənlərin təəccübünə səbəb olur.

Bizim.Media xəbər verir ki, Ayla Kristin adlı norveçli qız özünə inanılmaz bir hobbi tapıb.

O, at kimi qaçır, at kimi tullanır. Ən maraqlısı odur ki, o bu hərəkətləri çox sürətlə edir. Məlumdur ki, uşaqların çoxu kiçik olanda astronavt və ya həkim olmağı xəyal edir. Ən pis halda isə bloger olmaq istəyirlər. Amma Ayla dörd yaşından heyvan olmaq arzusuna düşüb. Əvvəlcə itlərə heyran idi və onlar kimi dörd ayaq üstə yeriyirdi. Lakin sonra anladı ki, atlar itlərdən daha zərif və nəcibdir.

Əgər Conatan Sviftin “Qulliver” əsərini oxumusunuzsa, yəqin ki, kamilliyin təcəssümü olan ağıllı atların cinsini, Houyhnhnmləri xatırlayacaqsınız.
 

Aylanın hobbisi təkcə atları təqlid etmək deyil, həm də bunu bir işə çevirməkdir. O, buna nail olmaq üçün təkcə bir gecədə atın təbiəti ilə birləşməyib. Bu, uzun illərin zəhmətli məşqinin nəticəsidir. Bu gün o, asanlıqla tullanır və praktik olaraq hasarların üstündən uçur.


Maraqlıdır ki, bütün bu cəhəti ilə yanaşı Ayla öz emosiyaları, istəkləri və ehtiyacları olan tamamilə adi bir qızdır. O heç at kimi kişnəmir, yulaf yemir. Heç ayaq üstə də yatmır. Sadəcə, atları inanılmaz dərəcədə gözəl təqlid edir.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO