Moskva və Sankt-Peterburqdan Lənkərana aviareyslər açılır

Moskva və Sankt-Peterburqdan Lənkərana aviareyslər açılır

Hazırda oxunan: Moskva və Sankt-Peterburqdan Lənkərana aviareyslər açılır

24065

Rusiyanın "Nordwind Airlines" aviaşirkəti Moskva və Sankt-Peterburq şəhərindən Lənkərana birbaşa aviareyslər yerinə yetirəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Bizim.Media-ya verilən məlumata görə, iyunun 10-dan etibarən "Nordwind" şirkəti Sankt-Peterburqdan Lənkərana birbaşa uçuşların yerinə yetirilməsinə başlayacaq.Uçuşlar həftədə bir dəfə – cümə axşamı günləri həyata keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın 7 şəhərindən Bakıya uçuşlar bərpa edilir


Bundan başqa, aviaşirkət iyunun 13-dən etibarən Rusiyanın paytaxtı Moskvadan da Lənkərana uçuşlar yerinə yetirəcək. Moskva-Lənkəran-Moskva reysi üzrə uçuşlar həftənin bazar günləri olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO