
- A-
- A
- A+
Cəlilabadda dəhşətli hadisə - 3 azyaşlı suda batdı - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən İncəçay su anbarında aparılan axtarış işləri başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Axtarışda olan Yaqubov Həmzə Nizami oğlunun və Yaqubov Hüseyn Rizvan oğlunun meyitləri bir neçə dəqiqə əvvəl FHN-nin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Cəlilabad rayonunda üç azyaşlı suda boğulub.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Sabirabadda FACİƏ - bacı və qardaş Kürdə batdı
İlkin məlumata görə, azyaşlılar ehtiyatsızlıqdan suya yıxılıblar.
Hazırda uşaqların cəsədlərinin sudan çıxarılıb təhvil verilməsi və şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.(apa)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































