Avtomobilin qarşısına çıxan it ölümə səbəb oldu

Avtomobilin qarşısına çıxan it ölümə səbəb oldu

Hazırda oxunan: Avtomobilin qarşısına çıxan it ölümə səbəb oldu

23947

Siyəzəndə 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Siyəzən-Beşdam yolunda qeydə alınıb.

Belə ki, Ramazanov Kamil Ağaqulu oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən qarşısına anidən it çıxıb.

Bu zaman o, idarəetməni itirib və maşın aşıb. Nəticədə sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO