"Red Bull" pilotu Maks Ferstappen "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza törədib.
Bizim.Media xəbər verir ki, qoruyucu səddə çırpılan niderlandlı sürücünün bolidinin arxa təkəri partlayıb. O, lider olduğu yarışa davam edə bilməyib və nəticədə qırmızı bayraq qaldırılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Qran-prisinin açılış mərasimi keçirildi - VİDEO
Bu səbəbdən Qran-pridə fasilə yaranıb.
Qeyd edək ki, daha əvvəl "Aston Martin"in pilotu Lans Stroll və "Alpine"dən Esteban Okon yarışa davam edə bilməyib.
Bizim.Media