Paşinyan xalq qarşısında edam edilməlidir – ARMENİAN REPORT

Paşinyan xalq qarşısında edam edilməlidir – ARMENİAN REPORT

Hazırda oxunan: Paşinyan xalq qarşısında edam edilməlidir – ARMENİAN REPORT

2370

Əslində, Artsax artıq yoxdur - biz üç tərəfin - Azərbaycan, Rusiya və Türkiyənin sevincini görürük...

Ermənistan rəhbərliyi hamımıza xəyanət edərək göstərdi ki, hər bir erməninin ruhuna asanlıqla və sadəcə tüpürmək olar.

Bizim.Media xəbər verir ki, bunu Armenian Reportun şərhçisi öz məqaləsində yazıb. Müəllif bildirir ki, biz hakimiyyəti bir qorxağın, bicin əlinə özümüz ötürmüşdük, o isə bizi alçaltdı:

“Azərbaycan tərəfi sevinir. Bakının sevincinə səbəb var. Onlar iki ay əvvəl xəyal edə bilmədikləri hər şeyi əldə etdilər."

Buna görə də Ilham Əliyev Vladimir Putinlə keçirdiyi qısa video konfrans zamanı bunu çox açıq ifadə edirdi”.

Armenian Report qeyd edir ki, İlham Əliyev bir güllə atmadan üç rayonu və Azərbaycan Respublikasının Qazax rayonunda bizim nəzarətimizdə olan əraziləri tamamilə əldə elədi. Eyni zamanda artıq hüquqi cəhətdən itirdiyimiz Şuşaya da ayağımızı basmayacağıq.

Bizə hələlik kağız üzərində qalan Stepanakert (Xankəndi-red.) oldu.

Ancaq Rusiyanın belə açıq-aşkar xəyanətindən və Türkiyənin güclənməsindən sonra kim orada yaşamaq riskini gözünün altına alacaq?

“Paşinyan Kremlə başında güzəşt getsəydi, ən azı bu qədər cavanımız qurban getməzdi. Əlimizdə Şuşa və ən azı iki rayon qalacaqdı. Amma indi qarşımızda minlələ ölü və biabırçı təslim aktı var”.

Nəşr qeyd edir ki, biz Kəlbəcəri itirməklə nəinki Qarabağın, bütövlükdə Ermənistanın açarını, qapısını itirdik:

“İndi Paşinyan oğlunu, arvadını gizlədib haqq divanından qaçmaq istəyir. Xeyir o, Vətənə xəyanət edən bir şəxs kimi məhkəmə qarşısına çıxarılmalıdır. Bəlkə də müharibə dövrü qanunlarına uyğun olaraq xalq qarşısında edam edilməlidir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO