"Evdə tək" filminin əfsanəvi malikanəsi SATILDI

"Evdə tək" filminin əfsanəvi malikanəsi SATILDI

Hazırda oxunan: "Evdə tək" filminin əfsanəvi malikanəsi SATILDI

228343

"Evdə tək" filminin əfsanəvi malikanəsi Miladdan əvvəl 5,25 milyon dollara satılıb.

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, Çikaqoda yerləşən malikanə ötən ilin mayında satışa çıxarılıb. 

İki mərtəbəli kərpic ev sonuncu dəfə 2018-ci ildə müasir üslubda təmir edilib. Lakin evin sahibləri evin köhnə xüsusiyyətlərini maksimum qoruyublar.
 

Hazırda 850 m²-lik malikanədə dörd kamin, beş yataq otağı, altı vanna otağı, iki camaşırxana, qızdırılan qaraj, istirahət zonası, idman zalı, kinoteatr otağı və qapalı idman meydançası var.


Qeyd edək ki, 1990-cı ildə lentə alınan "Evdə tək" və 1992-ci ildə çəkilən "Evdə tək 2: Nyu-Yorkda itirilmiş" filmlərində sözügedən ev nümayiş olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO