Paşinyan: “Rusiya təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşımızdır”

Paşinyan: “Rusiya təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşımızdır”

Hazırda oxunan: Paşinyan: “Rusiya təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşımızdır”

22822

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanı təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaş adlandırıb. 

Bizim.Media xəbər verir ki, bunu şənbə günü Paşinyan rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının fəalları ilə görüşündə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Biz hər an qoşunları sərhəddən geri çəkməyə hazırıq” - Nikol Paşinyan


"Rusiya Federasiyası ilə birlikdə qoşunların birləşməsi və vahid hava hücumundan müdafiə sistemi barədə müqavilələrimiz var və bu razılaşmalar lazımi prosedurları tələb edir", deyə Paşinyan qeyd edib.

Eyni zamanda, o, əlavə edib ki, KTMT Ermənistanın əsas təhlükəsizlik sistemidir:

"ATƏT-in Minsk Qrupunun Azərbaycanla sərhəddəki mövcud vəziyyət kontekstində aktivləşməsini alqışlayırıq”. 

Onun sözlərinə görə, Ermənistan regional təhlükəsizliyin təmin olunması məsələlərində İran və Gürcüstanla da əməkdaşlıq etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO