Spikerdən deputatlara İRAD: “Sizə qulaq asdıqca, adamı dəhşət bürüyür”

Spikerdən deputatlara İRAD: “Sizə qulaq asdıqca, adamı dəhşət bürüyür”

Hazırda oxunan: Spikerdən deputatlara İRAD: “Sizə qulaq asdıqca, adamı dəhşət bürüyür”

222591

“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Parlamentin spikeri çıxış edən bir neçə deputata öz çıxışlarında sosial sahədə görülən işlər barədə danışmaqlarını məsləhət görüb:
 

“Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?".


Milli Məclisin sədri deputatların çıxışlarında fevral ayında Milli Məclisə təqdim edilən hesabata istinad edərək danışmalarını tələb edib.

Qeyd edək ki, daha əvvəl çıxış edən bir neçə deputat bölgələrdəki işsizlik, ünvanlı sosial yardımın təyinatındakı problemlər, əlilliyin təyinatı ilə bağlı mövcud problemlərə toxunublar.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO