Xalq Paşinyanı paramparça edəcək - RUSİYA MƏTBUATI

Xalq Paşinyanı paramparça edəcək - RUSİYA MƏTBUATI

Hazırda oxunan: Xalq Paşinyanı paramparça edəcək - RUSİYA MƏTBUATI

2193

Dağlıq Qarabağdakı hərbi əməliyyatlar göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişə başlayandan bəri bütün addımları düşünülməmiş olub və şöhrət xatirinə atılıb.

Bizim.Media-ın məlumatına görə, bu bardə Rusiyanın "yugsn.ru" nəşri yazır.

Qeyd olunur ki, indi bu uğursuzluq Ermənistanın çoxlu sayda şəxsi heyət və texnika itirməsində, eləcə də Ermənistan qoşunlarının, xüsusən də kəşfiyyatın bütün cəbhə boyu məğubiyyətində ifadə olunur.

N.Paşinyan atəşəkəsə razılaşmır. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşə can atır və KTMT çərçivəsində hansısa müttəfiqlik öhdəliklərini əsas gətirərək kömək istəyir. Amma baş nazir unudur ki, Rusiya Ermənistana yalnız bu ölkənin hücuma məruz qalacağı təqdirdə kömək edə bilər.

Nəşr yazır ki, Nikol Paşinyan həm də cəbhədəki məğlubiyyətlərə yol açan ölkədaxili problemləri də görmür. Koronavirus pandemiyasının sürətlə yayılması nətcəsində faciəvi vəziyyət yaranıb. 2.5 milyonluq ölkədə 100 mindən çox yoluxma qeydə alınıb.

Bundan başqa, ekspertlər baş naziri siyasi iradəsi, inamı və bacarıqları olmayan zəif idarəçi hesab edirlər.

Beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov qeyd edir ki, əgər Ermənistanda çevriliş şəraiti yaransa, N.Paşinyanın qaçmağa yeri olmayacaq, Erməni xalqı onu hər yerdə tapacaq, paramparça edəcək:

"Tamamilə aydındır ki, Ermənistan ilk növbədə dövlət hakimiyyətinin çürüməsində pik həddə çatıb. Nikol Paşinyanın Soros rejimi siyasəti öz xalqı üçün yalnız bəlalar gətirdi. Paşinyan öz rusofobiyası ilə Moskvanı ölkədən uzaqlaşdırdı və indi Yerevan öz şovinizminin məhsulunu biçir".

Ekspert əlavə edib ki, bu gün Yerevan bütün cəbhə boyunca tam fiaskoya uğrayır və getdikcə daha da pis olacaq.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO