Dünyada jurnalist kimi çalışanların təqribən 30 faizi qadınlar, 70 faizi kişilərdir. Azərbaycanda isə vəziyyət daha yaxşıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Azərbaycanın media landşaftının yaradılması" layihəsi ilə bağlı keçirilən tədbirdə qeyd edib. "Azərbaycan mediasında gender bərabərliyinin mövcud durumu" mövzusunda keçirilən tədqiqatın nəticələrini şərh edən Müşfiq Ələsgərli bildirib ki, tədqiqat 154 redaksiyanı, 26 jurnalist təşkilatını əhatə edib:
“Tədqiqatın nəticəsinə görə, Azərbaycanda media sahəsində çalışanların 43 faizi qadınlardan, 57 faizi kişilərdən ibarətdir. İdarəçi qərarverici şəxslərin yalnız 21 faizi qadınlardır. 79 faizi isə kişilərdən ibarətdir. Qadınlar adətən mədəniyyət, sosial mövzularda yazırlar. Amma kriminal və siyasət mövzularına çox da maraq göstərmirlər deyə faiz aşağıdır”.
Müşfiq Ələsgərlinin sözlərinə görə rəhbərlikdə də kişilərin çox olmasının Azərbaycanda spesifik səbəblərdən biri ailə instutuna önəm vermələridir:
“Qadınlar ailə, uşaqların qayğısına qalırlar deyə idarəçi mövqedən uzaqlaşırlar. Çünki jurnalistikada iş saatı da çoxdur”.
Nuray, Bizim.Media