Türk əsgərinin məzarı ilə bağlı - Deputatdan AÇIQLAMA

Türk əsgərinin məzarı ilə bağlı - Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Türk əsgərinin məzarı ilə bağlı - Deputatdan AÇIQLAMA

21695

“Bizim müqəddəs şəhidlərimizn içində 1918-ci ildə Azərbaycanı istiqlala qovuşdurmaq üçün məmləkətimizə gəlmiş və şəhadətə qovuşmuş Türk əsgərinin məzarları özəl bir yer tutur. Bu şəhidlik kompleksinin ən diqqət çəkicisi Şamaxıya çatmamış Acıdərə deyilən yerdə salınıb Bu, Azərbaycan xalqının və dövlətinin Türk şəhidlərinə vəfa borcunun bir nümunəsidir.

Hər dəfə bu yolu keçərkən bir neçə dəqiqəliyə maşını saxlayıb bu abidə kompleksinin üzərində Türk əsgərinin ruhuna dularımızı yetirirdik”.

Bizim.Media xəbər verir ki, millət vəkili Fazil Mustafa bu barədə feysbuk hesabında paylaşım edib.

Millət vəkili bildirib ki, yeni yol çəkilişindən sonra abidə kompleksinin ziyarətində problemlər yaşanır.

“Burada yeni və xeyli rahat yol çəkilib. Allah bu cür yol salan hər kəsdən razı olsun. Ancaq bu şəhidliyə giriş üçün maşın saxlamağa yer qoymayıblar. Artıq kimsə burada dayanıb vəfa borcunu yerinə yetirə bilmir.

Son savaşda qələbəmizin mənbəyi məhz yüz il öncənin o şəhidləridir, duyarlı insanları bu borcu yerinə yetirməkdən məhrum etmək isə yanlışdır.

Sonuncu məsələni qətiyyən işıqlandırmayın. Çünki sosial şəbəkə qaragüruhu bu cür mövzuları sevmir”,-deyə deputat vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO