“Kopyalamaqla qanun layihəsi yaratmaq olmaz” - Təhsil ekspertindən SƏRT SÖZLƏR

“Kopyalamaqla qanun layihəsi yaratmaq olmaz” - Təhsil ekspertindən SƏRT SÖZLƏR

Hazırda oxunan: “Kopyalamaqla qanun layihəsi yaratmaq olmaz” - Təhsil ekspertindən SƏRT SÖZLƏR

21605

“Təhsil Məcəlləsi hazırlanıb qəbul edilməlidir”. 

Bizim.Media xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı məktəblərində koronavirusla bağlı DURUM


O, qeyd edib ki, artıq Məktəbəqədər təhsil haqqında, Ümumtəhsil haqqında, Peşə təhsili haqqında ayrıca qanun var və 2009-cu ildə Təhsil haqqında qanun qəbul edilib: 

“İndi isə Ali təhsil haqqında qanun layihəsi müzakirə olunur. 150 səhifəlik Ali təhsil haqqında qanun layihəsində təhsil haqqında üst-üstə düşməyən bir çox məsələ var. Əsas da Ali təhsil haqqında qanuna Nazirlər Kabinetinin bütün qərar və sərəncamlarını olduğu kimi kopyalayıb doldurmaq qanun layihəsi hesab oluna bilməz. Əsas məqam isə həmişə unudulur. Xüsusi təyinatlı təhsil müəssisələri barədə heç nə yoxdur”, deyə ekspert əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO