"Azərbaycan millisi çox yaxşı komandadır".
Bizim.Media xəbər verir ki, bu sözləri Slovakiya yığmasının baş məşqçisi Françesko Kalzona UEFA Millətlər Liqasının IV turunda Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı çalışdırıcı Azərbaycan millisinin fiziki cəhətdən yaxşı komanda təsiri bağışladığını bildirib:
"Rəqib doğma meydanda yaxşı oynayır. Keçidlərdən istifadə edə bilirlər. Ötən il İsveçi məğlub etmişdilər. Əlimizdən gələni edəcəyik ki, Bakıdan qələbə ilə ayrılaq".
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:22 / 13.10.2024
Slovakiya millisinin baş məşqçisindən Azərbaycan yığması ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Slovakiya millisinin baş məşqçisindən Azərbaycan yığması ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Slovakiya millisinin baş məşqçisindən Azərbaycan yığması ilə bağlı AÇIQLAMA
215872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.