Qız adı ilə tanış olub, vətəndaşlara qarşı quldurluq edən şəxslər MƏHKƏMƏ QARŞISINDA

Qız adı ilə tanış olub, vətəndaşlara qarşı quldurluq edən şəxslər MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Qız adı ilə tanış olub, vətəndaşlara qarşı quldurluq edən şəxslər MƏHKƏMƏ QARŞISINDA

213995

Bakıda vətəndaşla qız adı ilə tanış olaraq ona qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Məmixan Məmmədov ifadə verib.

O, bildirib ki, Sultanəni klubdan tanıyırmış:

"Sultanə ilə qeyri-rəsmi mümasibətimiz olub. Onu klubdan tanıyırdım. Bizimlə birgə qalırdı. Vüsal isə Sultanəyə görə gəlmişdi. Onlar "İnstagram"da danışırmışlar. Hadisə günü biz mənim evimdə 14 fevralı qeyd edirdik. Vüsal isə mənim evimə gələndə qorxuya düşdü. Çünki Sultanə ona deyibmiş ki, tək yaşayır. 

Evdə 3 nəfər gördü və dedi ki, biz bunu planlamışıq, o, bizi şikayət edəcək. Biz də onun qorxusunu gördük və arada münaqişə yarandı.  Daha sonra onun kartından öz kartımıza 1100 manat pul köçürdük. Telefonunu da əlində aldıq. Saatını isə özü çıxarıb stola qoydu. Düzdür, münaqişə oldu amma iddia olunan dəmir borudan istifadə etməmişik. Sonra isə Vüsal qapıdan çıxıb getdi. Onu Sultanə yola saldı. Məhəllədə mövcud olan kamerada da görüntüləri əks olunub".

Daha sonra dövlət ittihamçısı Rauf Malışov vaxtın az olması səbəbi ilə prosesi təxirə salmağı təklif edib.

Məhkəmə təklifi qəbul edərək prosesi 22 oktyabr tarixinədək təxirə salıb.

Qeyd edək ki, Məmixan Məmmədova və Sultanə Həsrətovaya qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və Sadiq Əzizova isə 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, məqsəd Sultanǝ Həsrətovanın müxtəlif vətəndaşlarla sosial şəbəkə vasitəsi ilə tanış olub yaşadıqları evə dəvət etmək, Məmixan Məmmədov və Sadiq Əzizovun sonradan evə daxil olaraq həmin şəxslərin əmlaklarını quldurluq yolu ilə ələ keçirib öz aralarında bölmək olub.

Hadisə bu ilin fevralın 10-da baş verib. Məmixan Məmmədov və Sadiq Əzizov "İnstagram" sosial şəbəkəsində özlərini "Fatimə" adı ilə təqdim edərək Vüsal Zeynalov adlı şəxslə tanış olublar.

Onlar iş üzrə zərərçəkmiş olan Vüsalı "Sevgililər günü" yəni fevral 14-də kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə dəvət ediblər.

İttiham aktında göstərilib ki, qrupun üzvü olan Sultanǝ Həsrətova Vüsal Zeynalovu qarşılayaraq həmin evə gətirdikdən sonra əvvəlcədən əldə edilmiş razılığa görə Məmixan Məmmədov və Sadiq Əzizov otağa daxil olaraq Məmixan Məmmədov özünü Sultanǝ Həsrətovanın əri kimi təqdim edib.
 

Guya qısqanclıq zəminində Vüsal Zeynalovun Sultanǝ Həsrətova ilə mesajlaşmasını bəhanə gətirməklə ona yumruq təpik zərbələri ilə vuraraq xəsarətlər yetirib. Sadiq Əzizov isə əlində olan silah qismində istifadə etdiyi dəmir boru ilə Vüsal Zeynalovu vuraraq yüngül dərəcəli bədən xəsarətləri yetirib.


Məmixan və Sadiq zərərçəkmişin smart qol saatını götürüblər, eyni zamanda Vüsalın pul kartından 999 manat, digər kart hesabından isə 196 manat pulu özlərinə göndərərək ümumilikdə 1.455 manat məbləğində ziyan vurublar.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO