Almaniya və Ermənistan XİN başçıları Azərbaycanla sülh prosesini müzakirə etdilər

Almaniya və Ermənistan XİN başçıları Azərbaycanla sülh prosesini müzakirə etdilər

Hazırda oxunan: Almaniya və Ermənistan XİN başçıları Azərbaycanla sülh prosesini müzakirə etdilər

213141

Almaniya və Ermənistanın xarici işlər nazirləri Annalena Berbok və Ararat Mirzoyan arasında Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüş baş tutub.

Bizim.Media Ermənistan mətmuatına istinadən xəbər verir ki, tərəflər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqları müzakirə ediblər.

Həmçinin görüş zamanı ikitərəfli gündəlik və Ermənistan ilə Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlıq münasibətləri, eləcə də regional mövzular müzakirə edilib:

“Cənubi Qafqazda baş verən son hadisələr, habelə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması imkanları daxil olmaqla sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO