Qərbi Azərbaycan İcması antiterror tədbirlərinin ildönümü ilə bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:
"Bu gün Azərbaycan Respublikasının Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirlərindən bir il ötür. Bu tədbirlə Azərbaycan otuz ildən artıq davam edən haqsızlığa son qoymuş və ölkənin suverenliyini tam bərpa etmişdir. Bu qətiyyətli addım Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı uzunmüddətli qəsdini sona çatdıraraq beynəlxalq hüququn aliliyini təmin etmişdir.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlanmış sistemli mübarizə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla tamamlanmışdır. Otuz il davam edən və tam qələbə ilə nəticələnən bu mübarizə Azərbaycanda xalq və dövlət arasında birliyin təcəssümüdür.
Azərbaycanın atdığı addımlar təkcə özünün milli maraqlarına xidmət etməmiş, həm də beynəlxalq ədalət prinsiplərini müdafiə etmişdir. Bu, dünyanın xaos və ədalətsizliklərlə dolu olduğu bir dövrdə haqqın və ədalətin nadir təntənəsidir.
Təəssüf ki, bəzi xarici qüvvələr bu nailiyyətləri mənfi işıqda göstərməyə və ikiüzlülük yolu ilə yenidən gərginlik yaratmağa cəhd edirlər. Biz bu qüvvələrdən beynəlxalq hüquq normalarına hörmət etməyi və regionda davamlı sülhə mane olmamağı tələb edirik.
Biz bütün dövlətləri ədalətin bu şanlı qələbəsini alqışlamağa və tarixin bu ağrılı səhifəsinin ləyaqətlə bağlanması üçün Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırırıq".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:04 / 19.09.2024
Bəzi xarici qüvvələr regionda davamlı sülhə mane olur - BƏYANAT
Hazırda oxunan: Bəzi xarici qüvvələr regionda davamlı sülhə mane olur - BƏYANAT
Hazırda oxunan: Bəzi xarici qüvvələr regionda davamlı sülhə mane olur - BƏYANAT
212132
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.