Rəsmi Bakıdan Ermənistana MESAJ - “Bölgədəki vəziyyəti əsassız gərginləşdirməyin”

Rəsmi Bakıdan Ermənistana MESAJ - “Bölgədəki vəziyyəti əsassız gərginləşdirməyin”

Hazırda oxunan: Rəsmi Bakıdan Ermənistana MESAJ - “Bölgədəki vəziyyəti əsassız gərginləşdirməyin”

21110

Azərbaycan ərazi bütövlüyü çərçivəsində sərhəd mühafizə sisteminin gücləndirilməsi üçün tədbirlər görür və bu fəaliyyətlər xəritələrdən istifadə edilərək həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

O, erməni tərəfinin təxribat xarakterli açıqlamalarının ölkədəki seçkiqabağı vəziyyətlə əlaqəli olduğunu vurğulayıb.

L.Abdullayeva erməni siyasi və hərbi dairələrinə təlaşa düşməməyi tövsiyə edib:

“İrəvan rəhbərliyinə Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrində Azərbaycanın sərhəd rejiminin həqiqətlərini qəbul etmələrini və bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfin hərbi rəsmiləri arasındakı qarşılıqlı təmaslar yolu ilə həll edilə bilər və edilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO