Şuşada tikilən məscid belə görünəcək - FOTOLAR  

Şuşada tikilən məscid belə görünəcək - FOTOLAR  

Hazırda oxunan: Şuşada tikilən məscid belə görünəcək - FOTOLAR  

20992

Şuşada bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan məscid modern üslubda layihələndirilərək inşa ediləcək.

Məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu barədə Prezidnet İlham Əliyev təməlqoyma mərasimində açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoydu


“Bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür”,-deyə dövlət başçısı  qeyd edib.

Məscidin iki minarəsi 11 rəqəmini əks etdirəcək. Bu isə Şuşa şəhərinin və Qarabağın onbirinci ayda tam işğaldan azad edilməsini simvolizə edir.

İlham Əliyev məscidin yerinin təsadüfən seçilmədiyini də vurğulayıb:

“Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı”.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO