“Kursk əməliyyatı mövcud plan üzrə irəliləyir”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Pokrovski və Toretski istiqamətlərindəki çətinliklərə gəlincə, biz inanırıq ki, Kursk əməliyyatı da buna təsir edə bilər. Rusiya hərbçilərinin sayının azalması səbəbindən ağırlaşmanın azalması ola bilər. Amma orada vəziyyət hələ də çətindir”, - deyə Ukrayna prezidenti bildirib.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna artıq kifayət qədər uzaqmənzilli pilotsuz təyyarələr istehsal edir və raket proqramı hazırlayır, lakin istehsalın həcmini artırmaq üçün kifayət qədər vəsaiti yoxdur.
Bizim.Media