Kabildə partlayış qurbanlarının sayı 85-ə çatdı – Ölənlərin çoxu qızlardır – VİDEO

Kabildə partlayış qurbanlarının sayı 85-ə çatdı – Ölənlərin çoxu qızlardır – VİDEO

Hazırda oxunan: Kabildə partlayış qurbanlarının sayı 85-ə çatdı – Ölənlərin çoxu qızlardır – VİDEO

20741

Əfqanıstanın paytaxtı Kabildə bir məktəb yaxınlığında baş verən partlayışlarda ölənlərin sayı 85-ə yüksəlib, 150-dən çox adam yaralanıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı yerli “Ariana News” telekanalı ikinci vitse-prezident Sarvar Danişin ofisinə istinadən yayıb.

Bundan əvvəl 63 nəfərin öldüyü bildirilmişdi. Medianın verdiyi informasiyaya görə, 8 mayda məktəbin qarşısında bomba yüklü bir avtomobil partlayıb, ardından iki raket hücumu olub.

Partlayışlar tələbələr binadan çıxarkən baş verib, qurbanların əksəriyyəti qızlardır. “Taliban” hərəkatı hücumla bağlılığını inkar edib.

Əfqanıstan Prezidenti Əşrəf Qani “Taliban” hərəkatını günahlandırıb. Çərşənbə axşamı hücum qurbanlarına matəm elan edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO