Gədəbəy rayonunun Novosaratovka kənd sakini Nürəddin Hüseynova məxsus fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. Ev sahibi iddia edir ki, təbii fəlakətdən dəyən ziyana görə müqavilədə ödəniş nəzərdə tutulsa da sığorta şirkəti onun müraciətlərini cavabsız qoyur.
Bizim.Media xəbər verir ki, dolu nəticəsində yararsız hala düşən dam örtüyündən yağan yağış evin içərisində də çatlar da yaradıb.
Məsələ ilə bağlı sığorta şirkətindən bildirilib ki, hadisə 20 iyun tarixində baş verib.
Şirkətlə sığorta müqaviləsi isə 28 iyun tarixində bağlanılıb. Bu barədə də müştəriyə məlumat verilib. İndi müştəri də, sığorta şirkəti də bilir ki, qarşılıqlı imzalanan müqavilə əsasında tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi halda məsələyə hüquqi müstəvidə aydınlıq gətirilə bilər.
Daha ətraflı videomaterialda:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:12 / 18.08.2024
Vətəndaş sığorta şirkətindən ödənişini ala bilmir - VİDEO
Hazırda oxunan: Vətəndaş sığorta şirkətindən ödənişini ala bilmir - VİDEO
Hazırda oxunan: Vətəndaş sığorta şirkətindən ödənişini ala bilmir - VİDEO
207263
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.