Bakı-Ələt yolunda maşın aşıb, ölən var

Bakı-Ələt yolunda maşın aşıb, ölən var

Hazırda oxunan: Bakı-Ələt yolunda maşın aşıb, ölən var

207191

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Sfera.az-a verilən məlumata görə, bu gün saat 15:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsində Neftçala rayonu, Xolqarabucaq kəndində qeydiyyatda olan 1987-ci il təvəllüdlü Qurbanov Hüseyn Əsədulla oğlu idarə etdiyi “Mercedes 190” markalı, 99-KO-139 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarına aşırıb.
Qəza nəticəsində sürücü Hüseyn Qurbanov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO