Kamçatka vilayətində 5,5 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Xatırladaq ki, bundan öncə Kamçatka vilayətində Sakit okeanda 7 bal gücündə zəlzələ qeydə alınmışdı.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskiy şəhərindən 108 km cənub-şərqdə yerləşib.
Bizim.Media