Hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Xaltan, Quba, Goranboy, Kürdəmir, Mingəçevir, Yevlaxda arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova yayıb.
Onun sözlərinə görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.
Bizim.Media