Bakının Yasamal rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Həsənov Ramin Sahib oğlu bir neçə nəfərin hücumuna məruz qalıb.
Xəsarət alan R.Həsənov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı və üz-baş nahiyələrin dərialtı hematoması diaqnozları qoyulub. Yaralı ifadəsində bildirib ki, onu tanımadığı bir neçə nəfər şəxs küçədə döyüb.
Hadisənin təfərrüatı araşdırılır.
Bizim.Media