İngiltərənin Sautport şəhərində miqrantlara qarşı iğtişaşlar zamanı azı 40 polis əməkdaşı yaralanıb.
Bizim.Media xəbər verir i, iğtişaşlara səbəb Soutport şəhərində 17 yaşlı yeniyetmə tərəfindən uşaqların kütləvi şəkildə öldürülməsi olub.
Üç qız bıçaq xəsarətlərindən ölüb, daha beş uşaq və iki yeniyetmənin isə vəziyyəti ağırdır.
Yerli sakinlər arasında qatilin İngiltərəyə qayıqla getmiş qeyri-qanuni miqrant olması barədə şayiələr yayılıb. Hadisədən qəzəblənən sakinlər şəhərin mərkəzindəki məscidi dağıtmağa başlayıb və polislə toqquşmalar başlayıb.
Səlahiyyətlilər isə qətllərdə şübhəli bilinən şəxsin saxlanıldığını və Uels əsilli olduğunu iddia edirlər.
Bizim.Media