Rusiyada Moskvanın Zamoskvoretski Məhkəməsi milliyyətcə çeçen olan iş adamı, milyarder Musa Bajayevin oğlu Timur Bajayevi polis əməkdaşına qarşı zorakılıq tətbiq etdiyinə görə həbs edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS-ın müxbirinin məhkəmə zalından yayıb.
Onun sözlərinə görə, Timur Bajayev ikiaylıq həbs edilib.
"Məhkəmə Bajayevin barəsində sentyabrın 26-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib", - deyə hakim qərarı elan edib.
Xatırladaq ki, 23 yaşlı Timur Bajaev "Lujniki" stadionu yaxınlığında saxlanılarkən polis əməkdaşlarını döyüb.
Bizim.Media