İstanbulun TEM avtombil yolunda 10 maşının toqquşması nəticəsində 2 nəfər yaralanıb.
Bizim.Media TRTHaber-ə istinadən xəbər verir ki, Kamaz sürücüsü Adəm.G-nin əyləcdə nasazlıq yaranması səbəbindən qarşıdan gələn pikap maşınına çırpılıb.
Nəticədə həmin istiqamətdəki avtomobillər də bir-birinə çırpılaraq zəncirvari qəza törədib. Qəzada yük maşınında olan Melih G. və başqa maşında olan Harun G. yaralanıb.
Qeyd edilb ki, qəza baş verən yerə xilasetmə, tibbi yardım və polis qrupları sövq edilib. Yaralılar xəstəxanaya aparılıb.
Bizim.Media