Ağstafa rayonunda 60 yaşlı rayon sakinini elektrik cərəyanı vurub.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndində baş verib.
Kənd sakini, Hidayət Tanrıverdiyev yaşadığı evdə elektriklə bağlı iş görüb. Bu zaman ehtiyatsızlıqdan onu cərəyan vurub. 60 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media