Aparıcı Xoşqədəm Hidayətqızı açıqlaması ilə müzakirə yaradıb.
Bizim.Media-nın məlumatına görə, Xoşqədəm aparıcısı olduğu "Səni axtarıram" verilişində bildirib ki, evinə, avtomobilinə nəzarət kameraları quraşdırıb.
"2014-cü ildəki Xoşqədəm deyil. Onda kimsə mənə hansısa oyun qura bilərdi. O vaxtdan bu yana Xoşqədəmin hətta evində, maşınında hər yer kameradır. Özüm quraşdırmışam. Hələ işi demirəm. Evimizə gələn qonaqlar da görür.
Yazıb vurmuşuq ki, belədir, səs və görüntü qeydə alınır. İllərdir başucalığı ilə qarşınızdayam. Faktdır ki, nə qədər cinayət işinin üstünü açmışam. Qəbul etməyə, qısqana bilərsiniz. Mən döşəmənin altından qadın meyiti çıxaran insanam. Mənə haqsızlıq edildikcə sevinirəm. Çünki haqsızlıq olanda Allah yolumu daha da açır", - deyə Xoşqədəm qeyd edib.
Rəşad Əliyev, Bizim.Media