Sabahdan Aİ-95 markalı benzin ucuzlaşacaq - VİDEO

Sabahdan Aİ-95 markalı benzin ucuzlaşacaq - VİDEO

Hazırda oxunan: Sabahdan Aİ-95 markalı benzin ucuzlaşacaq - VİDEO

202033

Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olan Aİ-95 markalı benzininin 1 litrinin qiyməti 40 qəpik ucuzlaşır. Başqa sözlə, sabahdan artıq sürücülər Aİ-95 yanacağını 2 manata deyil, 1.60 qəpiyə alacaqlar. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Mğvzuya avtomobil ustası Sahil Ağabəyli münasibət bildirib. Onun sözlərinə görə, xüsusilə istehsal ili 10 ildən aşağı olan avtomobillərin əksəri premium yanacaq tələb edir. Ancaq sırf qiymətlər baha olduğundan sürücülərin bəziləri bu tələbi yerinə yetirmirdilər. Yəni avtomobili Aİ-95 oktanlı benzinlə deyil, Aİ-92 benzinlə sürürdülər. İndi usta tövsiyə edir ki, qiymətlərin ucuzlaşması fonunda avtomobillərə zavod tələbinə uyğun benzin tökülsün.

O, qeyd edib ki, sırf aşağı oktanlı benzin töküldüyü üçün zavod tələbi premium yanacaq olan avtomobillərdə ciddi fəsadlar müşahidə edilirdi:

“Bu da bəzən sürücüləri küllü-miqdarda maddi zərərlə üz-üzə qoyurdu”.

Xatırladaq ki, SOCAR-ın bir neçə gün əvvəl yaydığı məlumatda qeyd edilirdi ki, emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. 

Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO